Banker.az xəbər verir ki, Oruc Cavanşir oğlu İbrahimov “Azərsun Holdinq”-də Müşavir vəzifəsinə təyin edilib.

Biznes və marketinq sahəsində zəngin təcrübəyə malik Oruc İbrahimov bundan öncə uzun müddət Korporativ Kommunikasiyalar, Marketinq, eləcə də Biznesin İnkişafı departamentlərinə rəhbərlik edib. Bank sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışdığı müddətdə bir çox sosial yönümlü dövlət əhəmiyyətli layihələr həyata keçirib.

Son 2 ildə ABŞ, Avropa və ölkə daxilində mühüm lahiyələrdə iştirak edib. Müxtəlif beynəlxalq təlim və seminarlara qatılıb. Həmçinin uzun zamandır ki, biznes konsultant kimi fəaliyyət göstərir. Fərqli bizneslərə konsultantlıq edərək, bu istiqamətdə özünə güvən və müsbət imic formalaşdırıb.

O, “Azərsun Holdinq”-də Marketinq, İctimai əlaqələr, Sosial lahiyələr və İnnovativ həllərin inkişafı sahəsində öz dəstəyini göstərəcək.

Qeyd edək ki, Oruc İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun övladıdır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

BTC ilə 546 mln. tondan çox neft nəql edilib

2023-cü ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 59…

Azərbaycandan Ermənistana XƏBƏRDARLIQ – 26 iyulda təxribat gözlənilir

Əldə edilmiş məlumata əsasən, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan…

Azərbaycanda bağlanan bankın daşınmaz əmlakı 3 milyon manata satışa çıxarıldı

Avqustun 17-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Qafqaz İnkişaf…

Azərbaycanda bu şəxslərə 435 manat müavinət veriləcək

Prezident İlham Əliyevin dünən təsdiqlədiyi “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişikliklə yeni…

Emmanuel Makron Almaniyaya dövlət səfərini təxirə salıb

Fransa Prezidenti Emmanuel Makron iyulun 2-4-də Almaniyaya planlaşdırılan dövlət səfərini təxirə salıb.…