Fiziki şəxsin mülkiyyətində olan mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206-cı maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə avqustun 15-i və noyabrın 15-dək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə ödənilir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergiödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Oruc İbrahimov “Azərsun Holdinq”ə təyinat alıb

Banker.az xəbər verir ki, Oruc Cavanşir oğlu İbrahimov “Azərsun Holdinq”-də Müşavir vəzifəsinə…

Azərbaycandan Ermənistana XƏBƏRDARLIQ – 26 iyulda təxribat gözlənilir

Əldə edilmiş məlumata əsasən, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan…

Azərbaycanda bağlanan bankın daşınmaz əmlakı 3 milyon manata satışa çıxarıldı

Avqustun 17-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Qafqaz İnkişaf…

BTC ilə 546 mln. tondan çox neft nəql edilib

2023-cü ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 59…

Azərbaycanda bu şəxslərə 435 manat müavinət veriləcək

Prezident İlham Əliyevin dünən təsdiqlədiyi “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişikliklə yeni…