Avropa İttifaqı (Aİ) G20 ölkələrini “Taxıl sazişi”nin bərpası üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin G20 ölkələri XİN başçılarına ünvanlandığı məktubunda bildirilib.

“Rusiyanı danışıqlara qayıtmağa, həmçinin Ukraynanın kənd təsərrüfatı infrastrukturuna zərbələrdən çəkinməyə çağırmaq üçün dəstək verməyinizi xahiş etmək istərdim”, – məktubda deyilir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”inin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Oruc İbrahimov “Azərsun Holdinq”ə təyinat alıb

Banker.az xəbər verir ki, Oruc Cavanşir oğlu İbrahimov “Azərsun Holdinq”-də Müşavir vəzifəsinə…

Azərbaycandan Ermənistana XƏBƏRDARLIQ – 26 iyulda təxribat gözlənilir

Əldə edilmiş məlumata əsasən, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan…

Azərbaycanda bağlanan bankın daşınmaz əmlakı 3 milyon manata satışa çıxarıldı

Avqustun 17-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Qafqaz İnkişaf…

BTC ilə 546 mln. tondan çox neft nəql edilib

2023-cü ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 59…

Azərbaycanda bu şəxslərə 435 manat müavinət veriləcək

Prezident İlham Əliyevin dünən təsdiqlədiyi “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişikliklə yeni…