Tbilisidəki “Lilo Mall” ticarət mərkəzində silahlı hücuma məruz qalan iş adamı etnik azərbaycanlı Roman İsayevdir.

Bu barədə “TV Pirveli” məlumat yayıb.

Bildirilib ki, başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.

Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib.

Faktla bağlı cinayət işi açılıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Oruc İbrahimov “Azərsun Holdinq”ə təyinat alıb

Banker.az xəbər verir ki, Oruc Cavanşir oğlu İbrahimov “Azərsun Holdinq”-də Müşavir vəzifəsinə…

BTC ilə 546 mln. tondan çox neft nəql edilib

2023-cü ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 59…

Azərbaycandan Ermənistana XƏBƏRDARLIQ – 26 iyulda təxribat gözlənilir

Əldə edilmiş məlumata əsasən, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan…

Azərbaycanda bağlanan bankın daşınmaz əmlakı 3 milyon manata satışa çıxarıldı

Avqustun 17-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Qafqaz İnkişaf…

Azərbaycanda bu şəxslərə 435 manat müavinət veriləcək

Prezident İlham Əliyevin dünən təsdiqlədiyi “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişikliklə yeni…