“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 5-6 avqust tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən bildirilib ki, əlavə reys üzrə saat 8:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:22-də çatacaq. Əks istiqamət üzrə həmin tarixlərdə əlavə reyslə saat 17:10-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 22:10-da çatacaq.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 8:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 17 AZN, Bakı-Qovlar istiqaməti üçün 16 AZN, Bakı-Tovuz istiqaməti üçün 16 AZN, Bakı-Gəncə istiqaməti üçün isə 15 AZN təşkil edir.

Biletləri vağzalların kassalarından və ya ADY-nin rəsmi saytından onlayn əldə etmək mümkündür.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Oruc İbrahimov “Azərsun Holdinq”ə təyinat alıb

Banker.az xəbər verir ki, Oruc Cavanşir oğlu İbrahimov “Azərsun Holdinq”-də Müşavir vəzifəsinə…

BTC ilə 546 mln. tondan çox neft nəql edilib

2023-cü ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 59…

Azərbaycandan Ermənistana XƏBƏRDARLIQ – 26 iyulda təxribat gözlənilir

Əldə edilmiş məlumata əsasən, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan…

Azərbaycanda bağlanan bankın daşınmaz əmlakı 3 milyon manata satışa çıxarıldı

Avqustun 17-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Qafqaz İnkişaf…

Azərbaycanda bu şəxslərə 435 manat müavinət veriləcək

Prezident İlham Əliyevin dünən təsdiqlədiyi “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişikliklə yeni…