Radiotezliklərin ayrılması haqqında qərarın hansı hallarda ləğv ediləcəyi müəyyənləşib.

Bu, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.

Dəyişikliklə qərarın 2.35-ci bəndi yeni redaksiyada verilib. Yeni redaksiyaya əsasən radiotezliklərin ayrılması haqqında qərar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarla yanaşı, həmçinin aşağıdakı hallarda ləğv ediləcək:

1. telekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellülar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;

2. radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 (bir) ay müddətində radiotezlik istifadəçisi tərəfindən DRİ ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda;

3. radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 (iki) il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 (üç) ay müddətində istifadə edilmədikdə.

Dəyişiklikdən əvvəl isə qərarın 2.35-ci bəndi belə idi: “İstifadəçilər tərəfindən radiorabitə vasitələrinin istismarı şərtlərinin pozulması faktları (bu faktlar avadanlığın texniki kənaraçıxmaları ilə əlaqədar baş verdiyi halda da) aşkar edildikdə, həmin avadanlıqların istismarına DRİ tərəfindən verilən “icazə”lərə məhdudiyyət qoyulur və ya onlar ləğv edilir”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

BTC ilə 546 mln. tondan çox neft nəql edilib

2023-cü ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 59…

Azərbaycandan Ermənistana XƏBƏRDARLIQ – 26 iyulda təxribat gözlənilir

Əldə edilmiş məlumata əsasən, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan…

Emmanuel Makron Almaniyaya dövlət səfərini təxirə salıb

Fransa Prezidenti Emmanuel Makron iyulun 2-4-də Almaniyaya planlaşdırılan dövlət səfərini təxirə salıb.…

Azərbaycanda bu şəxslərə 435 manat müavinət veriləcək

Prezident İlham Əliyevin dünən təsdiqlədiyi “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişikliklə yeni…

FHN gözlənilə hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət…