Aparılmış yeni tədqiqata əsasən çaylarda temperatur daha sürətlə artır və nəticədə onlar okeanlardan fərqli olaraq oksigeni daha tez itirirlər. Verilmiş proqnozlara əsasən növbəti 70 il ərzində çay sistemləri aşağı səviyyəli oksigen problemi ilə qarşılaşa bilərlər. Bu isə öz növbəsində bəzi balıq növlərinin ilə bitkilərin məhv olmalarına səbəb olacaq. Yeni tədqiqat Pensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən aparılıb və Nature Climate Change jurnalında dərc edilib. Yeni tədqiqat onu göstərib ki, 800-ə yaxın çayın 87%-də temperatur yüksəkliyi, 70%-də isə aşağı oksigen miqdarı müşahidə edilib. Analizin aparılması üçün mütəxəssislər böyük həcmli məlumatlar əsasında kompüter modelləşdirməsini təlimatlandırıblar.

    Təlimatlandırma prosesində istifadə edilmiş məlumatlar arasında illik yağış miqdarından tutmuş torpaq növü və Günəş enerjisi miqdarına kimi məlumatlar olub. Bütün bu məlumatlar ABŞ-ın 500, Mərkəzi Avropanın isə 216 çayını əhatə ediblər. Nəticədə kompüter modelləşdirməsi onu göstərib ki, son 40 il ərzində çayların 87%-də temperatur yüksəlişi baş verib. Onların 70%-də isə oksigen miqdarı olduqca aşağı düşüb. Məlumatda qeyd edilib ki, şəhər çayları digər çaylar ilə müqayisədə daha tez qızırlar. Lakin kənd təsərrüfatı çaylarında isə bu proses daha ləng gedib. Kənd təsərrüfatı çaylarında temperatur artımı prosesi ləng getsə də, onların tərkiblərindəki oksigen miqdarının aşağı düşməsi müşahidə edilib.

    Mütəxəssislər kompüter modelləşdirməsini üstəlik bu problemin gələcək inkişaf tempinin proqnozlaşdırılmasında da istifadə ediblər. Nəticədə məlum olub ki, analiz edilmiş bütün çaylarda oksigen miqdarının aşağı düşməsi sürəti əvvəlki vaxtlara nisbətən 1.6-2.5 dəfə daha yüksək olub. Çaylarda oksigen miqdarının aşağı düşməsi öz növbəsində parnik qazı tullantılarının miqdarını çoxaldır və toksik metalların azad olmalarına səbəb olur. Kompüter modelləşdirməsinə əsasən növbəti 70 il ərzində bəzi balıq növlərinin kökü kəsilə bilər. Belə ki, balıqlar nəfəs almaq üçün oksigen çatışmazlığından əziyyət çəkəcəklər. “Bu çox ciddi problemdir. Biz bilirdik ki, qlobal istiləşmə okeanlarda oksigen miqdarının aşağı düşməsinə səbəb olur. Lakin bunun həmçinin çaylarda baş verdiyini düşünmürdük” – deyə Pensilvaniya Universitetinin mütəxəssislərindən biri qeyd edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıla bilər

    iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi…

Samsung Exynos 2400 prosessoru barəsində rəsmi məlumatlar verilib

    System LSI Tech Day 2023 tədbiri çərçivəsində Samsung şirkəti öz yeni flaqman…

Neuralink öz beyin implantının insanlar üzərində testlərinə hazırlaşır

    Görünür, Elon Musk-ın Neuralink şirkəti öz beyin implantını insanlar üzərində test etməyə…

Təqdimatdan bir gün qabaq OnePlus Pad Go planşetinin batareya həcmi məlum olub

    OnePlus şirkəti özünün OnePlus Pad Go adlı büdcəli planşeti barəsində məlumatları təqdim…

Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib – QİYMƏTİ (VİDEO)

    Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart…