Acer şirkəti özünün gaming monitorlar seriyasını 28 düym ölçülü yeni model ilə genişləndirib. Şirkətin yeni gaming monitoru Acer XV282K V3 adını əldə edib. Bu yeni gaming monitoru 150 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 28 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 90%-ni əhatə edir. Üstəlik monitor özündə hər biri 2 vatt gücündə olan bir neçə səsgücləndiricini birləşdirir. Acer XV282K V3 monitoru 1 ədəd DisplayPort 1.4, 2 ədəd HDMI 2.1 girişləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş ilə təchiz olunub. Acer XV282K V3 artıq satışa çıxıb və 430$-a satılır. Bu cür satış qiyməti onu bazarda ən əlçatan 4K monitorlardan biri edir.