Xiaomi-nin Redmi brendi 21 sentyabr tarixində Redmi Note 13 smartfon seriyasını təqdim edəcək. Təqdimat müddəti yaxınlaşdıqca sözügedən smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxır. Verilmiş yeni məlumata əsasən təqdim olunacaq hər 3 Redmi Note 13 modelinin sahib olacağı AMOLED ekran ürək döyüntüsü ritmini ölçə biləcək. Bu məlumatı Redmi brendinin rəhbəri Lu Weibing təqdim edib.

    21 sentyabr tarixində təqdim ediləcək bütün Redmi Note 13 modelləri 1.5K keyfiyyətli AMOLED ekranla təchiz olunacaqlar. Məlumatda qeyd edilib ki, smartfonların ekranlarına inteqrasiya ediləcək barmaq izi skanı texnologiyası öz ənənəvi funksionallığı ilə yanaşı ürək döyüntüləri ritminin ölçülməsi imkanını da təqdim edəcək. Bundan əlavə olaraq məlum olub ki, smartfonların ekranlarındakı maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…