Apple şirkəti öz yeni məhsulların təqdimatı zamanı adətən onların texniki tərəfləri barəsində ətraflı məlumat vermir. Həmin məlumatlar daha sonra müxtəlif sızıntılar vasitəsilə ortaya çıxırlar. iPhone 15 smartfon seriyası da bu mövzuda istisna olmayıb. iPhone 15 smartfonlarının təqdimatları zamanı şirkət onların hansı həcmdə batareyalara sahib olduğu barəsində məlumat verməmişdi.

    İndi isə həmin məlumatlar Çinin normativ məlumatlar bazası sayəsində ortaya çıxıblar. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, iPhone 15 Pro modellərində batareya həcmi 5000 mAh-a kimi yüksələcək. Lakin nəticədə bu belə olmadı. Beləliklə iPhone 15 modellərinin sahib olduqları batareyaların həcmləri aşağıdakı kimidir.

– iPhone 15 – 3349 mAh

– iPhone 15 Plus – 4383 mAh

– iPhone 15 Pro – 3274 mAh

– iPhone 15 Pro Max – 4422 mAh.

Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 14 smartfonlarındakı batareyaların həcmləri aşağıdakı kimidir.

– iPhone 14 – 3279 mAh

– iPhone 14 Plus – 4325 mAh

– iPhone 14 Pro – 3200 mAh

– iPhone 14 Pro Max – 4324 mAh.

    Yeni smartfonlarda batareya həcmlərinin bir qədər artmasına baxmayaraq Apple onların keçən ilki iPhone 14 modellərinin bir dəfə şarj olunduqdan sonra çalışdıqları müddət qədər çalışdıqlarını qeyd edir. Belə ki, bu mövzuda göstəricilər aşağıdakı kimidir.

– iPhone 15 – 20 saat

– iPhone 15 Plus – 26 saat

– iPhone 15 Pro – 23 saat

– iPhone 15 Pro Max – 29 saat.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…