Keçən həftə təqdim edilmiş iPhone 15 smartfon seriyasının əsas fərqləndirici özəlliklərindən biri o oldu ki, bu seriyanın bütün modelləri USB-C girişi ilə təchiz olunublar. Təqdimatdan öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, Apple iPhone 15 smartfonlarında qeyri-rəsmi USB-C naqillərinin funksionallıqlarını məhdudlaşdıracaq. İndi isə məlum olub ki, bu cür məhdudiyyət şirkət tərəfindən olmayacaq. Məsələ burasındadır ki, Lightning girişinə sahib daha əvvəlki iPhone modellərində Apple qeyri-rəsmi naqil və aksesuarların funksionallıqlarını məhdudlaşdırırdı. Söhbət, MFI (Made for iPhone) sertifikatına sahib olmayan naqil və aksesuarlardan gedir.

    Bunun üçün şirkət daha əvvəlki iPhone modellərinin Lightning girişlərinə xüsusi çipi inteqrasiya edirdi və həmin çip girişə qoşulan bu və ya digər aksesuarın orijinal olub-olmadığını təyin edirdi. Bəzi insayderlər düşünürdülər ki, Apple eyni strategiyanı həmçinin iPhone 15 smartfon seriyasında da reallaşdıracaq. Məsələn şirkət qeyri-rəsmi USB-C naqillərində şarj və ya məlumatların ötürülməsi sürətlərini məhdudlaşdıra bilərdi. Lakin Ars Technica adlı saytın verdiyi məlumata əsasən bu ehtimallar özlərini doğrultmadı. Məlumatda qeyd edilib ki, şirkətin yeni smartfon seriyasının bütün modelləri heç bir məhdudiyyətə sahib olmayan standart USB-C girişini özlərində birləşdirirlər. Mövcud olan bütün USB-C naqilləri ilə aksesuarları bu smartfonlarda heç bir məhdudiyyət olmadan rahat şəkildə çalışa biləcəklər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…