Motorola şirkəti bir neçə müddət bundan öncə Moto G84 smartfonunu təqdim etmişdi. İndi isə ortaya çıxmış məlumata əsasən şirkət Moto Tab G84 adlı planşet üzərində çalışır. Hazırlanan bu yeni planşet şirkətin Moto Tab G70 planşetinin davamçısı olacaq. İnternetdə yeni planşetin render fotoları da ortaya çıxıb. Məlumata əsasən Moto Tab G84 planşeti 10 düym ekranla təchiz olunacaq və ekran stilus dəstəyini əldə edəcək. Bununla yanaşı planşet 8 MP-lik arxa kamera və JBL şirkətinin Dolby Audio dəstəkli stereo səsgücləndiriciləri ilə təchiz olunacaq. Moto Tab G84-ün nə zaman təqdim ediləcəyi bilinmir. Lakin bunun yaxın zamanda baş verəcəyi güman edilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…