Samsung-un yeni büdcəli planşeti olacaq Galaxy Tab A9 Geekbench bençmarkının məlumatlar bazasında ortaya çıxıb. Beləliklə Geekbench məlumatlarına əsasən Galaxy Tab A9 planşeti 4 GB RAM-a və Android 13 əməliyyat sisteminə sahib olacaq. Planşetin sahib olacağı prosessora gəldikdə isə məlumata əsasən planşet 2.0 GHz tezlikdə çalışan 6 ədəd nüvəyə, 2.20 GHz tezlikdə çalışan 2 ədəd nüvəyə və Mali-G57 MC2 qrafik çipinə sahib prosessor vasitəsilə çalışacaq.

    Bu göstəricilər isə MediaTek Helio G99 prosessorunun göstəricilərinə bənzəyir. Galaxy Tab A9 Geekbench-in bir nüvəli testi çərçivəsində 735 xal, çox nüvəli testi çərçivəsində isə 1766 xal toplayıb. Geekbench-in məlumatlar bazasında sözügedən planşet barəsində digər bir məlumata rast gəlinməyib. Lakin daha əvvəlki məlumat sızıntılarına əsasən Galaxy Tab A9 özündə 5G modemi, 8 düym ölçülü ekranı və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Galaxy Tab A9-un bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…