Youtube özünün Shorts adlı qısa videolarının imkanlarını genişləndirməyə davam edir. Məlum olub ki, yaxın zamanda Youtube Shorts videolarına TikTok-un funksiyalarına bənzər yeni funksiyalar əlavə ediləcək. Söhbət, şaquli formatlı canlı yayımlardan, TikTok Duet analoqundan və Youtube-dakı uzun xronometrajlı videolardan qısametrajlı videoların hazırlanması alətlərindən gedir. Youtube hal hazırda Shorts bölməsinin ana səhifəsindəki canlı yayımlara ön baxış imkanını test edir.

    İstifadəçilər Shorts bölməsində canlı yayımlara baxa və hər hansısa canlı yayıma baxış zamanı canlı yayım videosunu yuxarı sürüşdürərək digərlərinə nəzər yetirə biləcək. Shorts-dakı canlı yayımlarda həmçinin ödənişli çat və ödənişli abunəlik kimi monetizasiya mexanizmləri aktiv olacaq. Canlı yayımların Shorts-a yerləşdirilməsi öz növbəsində kontent müəlliflərinə Shorts vasitəsilə yeni istifadəçi kütləsini qazanmaq imkanını verəcək. Youtube Shorts-a canlı yayımlar yaxın aylar ərzində əlavə ediləcək.

    Videoservis həmçinin qısametrajlı videoların hazırlanmasına hədəflənmiş yeni funksiyaları təqdim edəcək. Hal hazırda Youtube-da şaquli videolardan qısametrajlı videoların hazırlanması üçün nəzərdə tutulmuş alətlər test olunur. Shorts müəllifləri üçün həmçinin videoların ilkin versiyalarında istifadə edilən musiqilər ilə effektləri də əldə etmə funksiyası istifadəyə veriləcək. Bu gündən başlayaraq Youtube-da TikTok Duet analoqu istifadəyə verilir. Videoservisdə oxşar funksiya Collab adını əldə edib. İstifadəçilər bu funksiyadan istifadə edərək digər videoların yanlarında öz videolarını çəkə biləcəklər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…