Meta şirkəti AudioCraft adlı generativ süni zəka sistemini təqdim edib. Sözügedən sistem açıq mənbəli koda sahibdir və istifadəçinin mətn formatında təsviri əsasında audio faylın tərtib edilməsi üçün nəzərdə tutuluib. AudioCraft özündə ayrı-ayrılıqda 3 süni zəka modelini birləşdirir. Söhbət, MusicGen, AudioGenEnCodec adlı süni zəka modellərindən gedir. MusicGen musiqilərin tərtib edilməsi üçün nəzərdə tutulub və o, Meta-nın musiqiləri və bu məqsədlər üçün nəzərdə tutulmuş lisensiyalı musiqilər əsasında təlimatlandırılıb. Təlimatlandırılma prosesində istifadə edilmiş musiqilərin ümumi xronometrajı isə 200 000 saat təşkil edib.

    AudioGen səslərin və ətraf mühit effektlərinin tərtib edilməsi üçün, EnCodec isə səsin keyfiyyətli emalı üçün nəzərdə tutulub. Musiqiçilər artıq uzun müddətdir ki, elektron səslər ilə müxtəlif təcrübələr aparırlar. Lakin kompüter tətbiqləri artıq mövcud olan səs nümunələri vasitəsilə musiqiləri yaradırlar. AudioCraft tərəfindən tərtib edilən audio fayl isə yalnız istifadəçinin mətn formatındakı təsvirinə əsaslanır. Meta şirkəti AudioCraft vasitəsilə tərtib edilmiş audio nümunələri jurnalistlərə təqdim edib.

    Məlumatda qeyd edilib ki, tərtib edilmiş audio fayl nümunələrindəki fit, külək, siqnal kimi küy effektləri olduqca həqiqi səsləniblər. Lakin nümunələrdə olmuş gitara səsləri təbii hiss olunmayıblar. Hal hazırda AudioCraft tərəfindən tərtib edilən audio fayllar növbəti hit mahnıya bənzəməsələr də, Meta şirkətinin fikrincə o, yeni musiqi dəbi dalğasını gətirə bilər. Şirkət etiraf edib ki, mətnlərin tərtib olunması üçün nəzərdə tutulmuş süni zəka sistemlərindən fərqli olaraq musiqilərin tərtib olunması üçün olan süni zəka sistemlərinin yaradılması çox qəlizdir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…