Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung Galaxy S23 FE smartfonu 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. İndi isə insayderlər sözügedən smartfonun digər kameraları barəsində məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Galaxy S23 FE smartfonu 10 MP-lik ön kamera ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S FE seriyasının daha öncəki smartfonlarının hamısı 32 MP-lik ön kameraya sahib olublar.
Görünür, Galaxy S23 FE modeli isə Galaxy S22-nin ön kamerasını əldə edəcək. Bununla yanaşı insayderlər bildiriblər ki, Galaxy S23 FE 3 qat optik zoom-a sahib 8 MP-lik teleobyektiv ilə təchiz olunacaq. Galaxy S23 FE-nin nə zaman təqdim olunacağı barəsində dəqiq bir məlumat yoxdur. Lakin keçən həftə Samsung təmsilçisi təsdiqləmişdi ki, şirkət sözügedən smartfonu bu il ərzində təqdim edəcək.