Samsung gələn ilin əvvəlində Galaxy S24 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Galaxy S24 Ultra olacaq. İndi isə Ice Universe ləqəbli məşhur insayder Galaxy S24 Ultra-nın kameraları barəsində yeni məlumatları təqdim edib. Onun sözlərinə əsasən smartfon dördlü arxa kamera ilə təchiz olunacaq. 1 ədəd əsas, 1 ədəd genişbucaqlı və 2 ədəd teleobyektiv.

    İnsayder bildirib ki, Galaxy S24 Ultra-nın kameralarında əsas yenilik əsas və ya genişbucaqlı kameranı əhatə etməyəcək. Əsas yenilik teleobyektivləri əhatə edəcək. Məlumatda qeyd edilib ki, daha öncəki məlumat sızıntılarına baxmayaraq teleobyektivlərdən biri 5 qat ptik zoom əvəzinə 3 qat optik zoom-a sahib olacaq. Lakin Samsung 3 qat optik zoom ilə 10 qat optik zoom arasındakı diapazonda çəkiliş imkanlarının yaxşılaşdırılması üzərində çalışır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…