Bloomberg saytının məşhur insayderi Mark Gurman keçən ay məlumat vermişdi ki, Apple şirkəti generativ süni zəka əsaslı çat-bot hazırlayıb və artıq onu şirkət daxilində test edir. Bununla yanaşı insayder bildirmişdi ki, Apple artıq gələn il süni zəka ilə bağlı vacib anonsunu edə bilər. Məşhur analitik Ming-Chi Kuo isə bildirib ki, bunun baş verəcəyinə dair heç bir işarə yoxdur.

    Analitikin fikrincə Apple şirkəti generativ süni zəka mövzusunda öz rəqiblərindən geridə qalır və şirkət çətin ki, 2024-cü ildə süni zəka sisteminə sahib hansısa məhsulunu təqdim etsin. “Apple şirkətinin 2024-cü ildə süni zəka əsaslı hansısa hardware məhsulunu təqdim edəcəyinə dair heç bir işarə yoxdur” – deyə analitik qeyd edib. Analitikin bu cür bəyanatı Mark Gurman-ın öz proqnozunda yanıldığı demək deyil. Sadəcə olaraq analitikin fikrincə növbəti nəsil süni zəka sisteminin Apple məhsullarında məhz 2024-cü ildə istifadəsi ehtimalını nəzərdən keçirtmir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…