OnePlus bu ilin sonunda Çində OnePlus 12 flaqman smartfonunu təqdim etməlidir. Sözügedən smartfon barəsində mütəmadi şəkildə məlumat ortaya çıxır. İndi isə onun barəsində yeni məlumatları Digital Chat Station ləqəbli məşhur insayder təqdim edib. Təqdim edilmiş məlumatlar OnePlus 12-nin kameralarını əhatə edirlər. Beləliklə insayderin sözlərinə əsasən OnePlus 12 smartfonu 1/1.4 düym matrisa ölçüsünə sahib 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq.
Əsas arxa kamera həmçinin optik stabilizasiyaya sahib olacaq. Bununla yanaşı smartfon özündə 50 MP-lik ultragenişbucaqlı kameranı və 3 qat zoom-a sahib 64 MP-lik periskop kameranı birləşdirəcək. Digər texniki göstəricilərə gəldikdə isə son məlumat sızıntılarına əsasən OnePlus 12 Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, OnePlus 12-nin qlobal versiyasının təqdimatı gələn ilin əvvəli üçün gözlənilir.