Son illərdə dələduzlar istifadəçilərin konfidensial məlumatlarını oğurlamağa hədəflənmiş çoxlu sayda üsul fikirləşiblər. Bu cür üsullardan biri də CherryBlos adlı zərərli proqram təminatıdır. Sözügedən zərərli proqram təminatı şifrələrin və ya digər vacib məlumatların olub-olmamasını təyin etmək üçün istifadəçinin fotolarını skan etmək istiqamətində simvolların optik tanınmasından (OCR) istifadə edir. CherryBlos Android üçün nəzərdə tutulmuş tətbiq şəklində maskalanır.

    Smartfona quraşdırılan bu cür rəsmi tətbiq tərkibində CherryBlos istifadəçidən kritik vacib funksiyaların istifadəsi icazəsini tələb edir. Bu üsul ilə zərərli proqram təminatı istifadəçinin cihazı üzərindəki idarəni əldə edir. Bununla belə bu cür proqram təminatının işini dayandırmaq qeyri-mümkündür. Məlumatda qeyd edilib ki, CherryBlos mətnlərin tanınması özəlliyinə də sahibdir.

    Bu üsul ilə zərərli proqram təminatı istifadəçinin fotolarında ola biləcək vacib məlumatları əldə edə bilir. Məsələ burasındadır ki, kriptovalyuta portmanatlarının çoxu bərpa olunma üçün nəzərdə tutulmuş ayrıca şifrəyə sahib olurlar. Həmin şifrə istifadəçinin öz elektron portmanatının əsas şifrəsini unutduğu halda lazım olur. Bu cür şifrələr isə istifadəçilər tərəfindən adətən screenshot fotolar şəklində saxlanılır. CherryBlos isə öz növbəsdində fotoları skan edərək bu şifrələri əldə edə bilər. 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…