Redmi 12 5G smartfonu ilə birlikdə Redmi brendi həmçinin Redmi Watch 3 Active adlı yeni büdcəli smart saatını təqdim edib. Bu yeni smart saatın özəllikləri arasında uzun müddət ərzində çalışma, sudan qorunan gövdə və telefon zənglərinə cavab vermə imkanı var. Beləliklə Redmi Watch 3 Active smart saatı 280×240 piksel keyfiyyətli 1.83 düym LCD ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit təşkil edir və o, 200 ədəd virtual siferblat dəstəyini özündə birləşdirir. Smart saat smartfona Bluetooth 5.3 vasitəsilə qoşulur və üstəlik smartfona daxil olan zənglərə özündə olan mikrofonlar və səsgücləndirici sayəsində cavab verməyə imkan verir.

    Redmi Watch 3 Active 100-dən çox idman rejimini dəstəkləyir, qandakı oksigen miqdarını və ürək döyüntülərini ölçür və o cümlədən yuxu keyfiyyətini monitorinq edə bilir. Bununla yanaşı smart saat qadınlarda menstrual dövrə nəzarəti təmin edir. Məlumata əsasən Redmi Watch 3 Active bir dəfə şarj olunandan sonra 8 gün ərzində intensiv rejimdə, 12 gün ərzində isə adi rejimdə çalışa bilər. Smart saatın gövdəsi 50 metr su dərinliyinə enişə tab gətirə bilir. Redmi Watch 3 Active yaxın günlərdə satışa çıxacaq və təqribi olaraq 37$-a satılacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…