Son 1 il ərzində ortaya çıxmış müxtəlif məlumatlara əsasən Samsung şirkəti yeni taxıla bilən cihaz üzərində çalışır. Söhbət, Galaxy Ring adlı smart üzükdən gedir. Verilmiş yeni məlumata əsasən şirkət artıq smart üzüyün kütləvi istehsalına start verməyə hazırlaşır. Məlumatda qeyd edilib ki, şirkət Galaxy Ring-in hazırlanma prosesini artıq yekunlaşdırıb. Sadəcə olaraq kütləvi istehsalatın start veriləcəyi tarixi təyin etmək lazımdır.

    İnsayderlər bildiriblər ki, bu, artıq avqust ayında baş tutacaq. Lakin bu, smart üzüyün yaxın zamanda təqdim olunacağı demək deyil. Belə ki, Galaxy Ring-in tibbi cihaz qismində sağlamlıq göstəricilərini ölçməsi üçün o, müxtəlif sertifikatlaşdırma proseslərindən keçməlidir. Bu səbəbdən də çox güman ki, şirkətin smart üzüyü gələn il təqdim olunacaq. Onun Galaxy S24 smartfon seriyası ilə birlikdə təqdim olunacağı da istisna deyil.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…