Xiaomi şirkətinin əvvəlki illərdə təcrübəsinə istinadən güman etmək olar ki, bu ilin sonuna yaxın təqdim ediləcək Xiaomi 14 smartfon seriyasına 4 model daxil olacaq. Xiaomi 14, Xiaomi 14 Pro, Xiaomi 14 Lite Xiaomi 14 Ultra. Lakin şirkət Xiaomi 14 Ultra-nı gələn ilin yaz fəslində təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi 14 Pro ilə Xiaomi 14 Ultra-nın arasında qərarlaşacaq daha bir Xiaomi 14 modelinin təqdim oluna biləcəyini söyləyib.

    Smartfonun Xiaomi 14 Pro+ adını əldə etmə ehtimalı yüksəkdir. İnsayder bildirib ki, sözügedən Xiaomi 14 modeli 5 qat optik zoom-a və 120 qat hibrid zoom-a sahib periskop kameranı və 50 MP-lik əsas arxa kameranı özündə birləşdirəcək. Bununla yanaşı smartfon 2K keyfiyyətli ekran ilə təchiz olunacaq və ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq. Həmçinin smartfon maksimal dərəcədə nazik ekran ətrafı çərçivələri əldə edəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…