Son zamanlarda ortaya çıxmış müxtəlif render fotolardan belə qənaətə gəlmək olar ki, iPhone 15 Pro modelləri daha nazik ekran ətrafı çərçivələri əldə edəcəklər. Lakin verilmiş yeni məlumata əsasən bu yeni özəllik növbəti iPad modellərində də reallaşdırıla bilər. Bloomberg saytının məşhur insayderi Mark Gurman bildirib ki, növbəti iPad modellərində nazik ekran ətrafı çərçivələrin əldə edilməsi üçün Apple aşağı təzyiqli yeni texnologiyadan istifadə edəcək. Məlumata əsasən şirkət daxilində bu texnologiya LIPO adını əldə edib.

    “Bu yeni texnologiya ekran ətrafındakı çərçivələri 1.5 mm-ə qədər kiçiltmək imkanını verəcək. LIPO texnologiyası ilk dəfə Apple Watch Series 7-də istifadə edilmişdi. Nəticədə smart saatın ekran ətrafı çərçivələrini kiçiltmək və ekranın ölçüsünü böyütmək mümkün oldu. Aldığım məlumata əsasən şirkət bu texnologiyanı həmçinin növbəti iPad modellərində də istifadə etməyi planlaşdırır” – deyə Gurman qeyd edib. Hansı iPad modelinin ilk olaraq ekran ətrafı nazik çərçivələri əldə edəcəyi bilinmir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…