Xiaomi-nin Redmi brendi 1 ay bundan öncə qlobal bazarda Redmi 12 smartfonunu təqdim etmişdi. İndi isə şirkət qlobal bazarda onun 5G versiyasını təqdim etməyə hazırlaşır. Redmi-nin təqdim etmiş olduğu posterə əsasən Redmi 12 5G smartfonu 1 avqust tarixində Hindistanda təqdim olunacaq. Smartfonun texniki göstəriciləri barəsində dəqiq bir məlumat olmasa da, bəzi şayiələrə görə o, Redmi Note 12R modelinin kopyası olacaq. Bunun olacağı halda smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.79 düym LCD ekran, Snapdragon 4 Gen 2 prosessoru, 50 MP + 2 MP ikili arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, bəzi ölkələrdə bu yeni smartfon POCO M6 Pro 5G adı ilə satışa çıxacaq.