OnePlus şirkəti növbəti smartfonun təqdimatına hazırlaşdığını təsdiqləyib. Söhbət, OnePlus Ace 2 Pro-dan gedir. Şirkətin verdiyi məlumata əsasən sözügedən smartfon gələn ay təqdim olunacaq. Dəqiq təqdimat tarixi isə yaxın zamanda açıqlanacaq. Son məlumat sızıntılarına əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.74 düym OLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 24 GB-a kimi RAM-ı və 1 TB-a kimi daxili yaddaş həcmini birləşdirəcək.