Öz iddialı layihələri ilə tanınan Elon Musk bu dəfə də hamını təəccübləndirə bilib. Bu dəfə o, Twitter-in rebrendinqi çərçivəsində @X loginini Twitter istifadəçisinin əlindən alıb. Halbu ki, istifadəçi sözügedən logini 2007-ci ildən istifadə edirdi. İstifadəçi bu barədə heç bir xəbərdarlıq və ya bildiriş əldə etmədən onun hesabı yeni hesab adına yönləndirilib. San-Fransiskodan olan Gene Hwang adlı Twitter istifadəçisi @X loginini 16 il ərzində idarə edib. O, sözügedən hesab adının şirkət tərəfindən onun əlindən alınması məktubunu görəndə bir xeyli təəccüblənib. Məktubda qeyd edilmişdi ki, onun @X logini artıq Musk-ın şirkətinə məxsusdur.

    Hwang bildirib ki, ona bu barədə daha öncədən heç bir bildiriş və ya xəbərdarlıq göndərilməyib. Logini əldə edəndən sonra şirkət @Twitter adına sahib hesabdakı bütün abunəçiləri @X adına sahib hesaba köçürüb. Bununla yanaşı Hwang bildirib ki, şirkət hesab adının onun əlindən aldığına görə ona heç bir təzminat ödəməyib. Ona sadəcə olaraq şirkətin promo məhsuilları və şirkət rəhbərliyi ilə görüş təklif edilib. Hesab adının istifadəçinin əlindən alınmasına dair bu hadisə istifadəçilərin sosial şəbəkələrdə hüquqları barəsində düşünməyə vadar edir. Günlərin birində sizin hesabınızı əlinizdən alsalar onda necə? Bu cür hadisə sosial şəbəkələrdə şəffaflıq və ədalətli çalışma suallarını yenidən qaldırır. 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…