Artıq rəsmi olaraq məlumdur ki, Xiaomi şirkəti gələn ay yeni qatlana bilən smartfonunu təqdim edəcək. Söhbət, Xiaomi Mix Fold 3-dən gedir. Bu smartfon barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi Mix Fold 3 eksklüziv olaraq yalnız Çin bazarında satıla bilər. İndi isə insayderlər bu məlumatı təsdiqləyiblər. Onların sözlərinə əsasən Xiaomi yeni qatlana bilən smartfonunu qlobal bazarda satmağı planlaşdırmır.

    Yəni hal hazırda aktual olan Mix Fold 2 kimi Mix Fold 3 də yalnız Çin bazarı üçün nəzərdə tutulacaq. Xiaomi Mix Fold 3 Snapdragon 8 Gen 2 prosessorunun sürətləndirilmiş versiyası vasitəsilə çalışmalı və özündə 16 GB RAM-ı, 1 TB-a kimi daxili yaddaş həcmini və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Onun dəqiq təqdimat tarixi barəsində məlumat yaxın zamanda elan edilməlidir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…