BMT-nin elm, təhsil və mədəniyyət məsələləri ilə məşğul olan UNESCO adlı qurumunun təqdim etmiş olduğu yeni hesabatda o, bütün dünyadakı məktəblərdə smartfonlardan istifadənin qadağan edilməsinə çağırışlar edib. Qurumun fikrincə bu cür qərar təhsil keyfiyyətini yaxşılaşdıracaq və uşaqların internet məkanında təqib edilmələrinin və qorxudulma hallarının aradan qaldırılmasına imkan verəcək. Artıq sübut edilib ki, mobil cihazlardan həddən artıq istifadə öz növbəsində insanın təhsil sahəsindəki performansını aşağı salır. UNESCO-nun təqdim edilmiş yeni hesabatında üstəlik qeyd edilib ki, mobil cihazlardan həddən çox istifadə uşaqlardakı emosional stabilliyə təsir göstərir.

    Buna görə də qurum məktəblərdə smartfonlardan istifadənin qadağan olunmasının tərəfdarıdır. UNESCO tərəfindən bu il üzrə təhsil sahəsində aparılmış analizin nəticələrinə əsasən rəqəmsal texnologiyaların təhsilə real faydalarını əks etdirən etibarlı tədqiqatların sayı çox azdır. Bir çox halda bu cür tədqiqatlar rəqəmsal təhsil məhsullarının satışlarını reallaşdırmağa çalışan özəl təhsil şirkətləri tərəfindən maliyyələşdirilib. UNESCO-nun hesabatında qeyd edilib ki, təhsil alanların sinifdə və ya evdə müasir texnologiyalardan (smartfonlar, planşetlər, noutbuklar və s.) həddən çox istifadə etmələri onların fikirlərinin yayılmasına səbəb ola və təhsilin effektivliyinə təsir göstərə bilər.

    Qurum bildirib ki, texnologiyaların istifadəsi təhsil prosesinin yaxşılaşdırılmasına istiqamətləndirilməlidir. İlk növbədə təhsil alanların tələbatları və müəllimlərin dəstəklənmələri barəsində düşünmək lazımdır. Online təhsil real insan ünsiyyətinin yerini doldura bilməz. UNESCO bu mövzuda Çini misal gətirib. Çində məktəblilər arasında dərs vaxtlarında smartfonlardan istifadəyə sərt məhdudiyyət tətbiq edilib. Hökumətlər rəqəmsal texnologiyaların təhsil sahəsində faydalar gətirəcəkləri və potensial ola biləcək zərərlərdən yan keçməyə yardım ola biləcəkləri ilə bağlı prinsiplərə və məqsədlərə sahib olmalıdırlar. “Heç də hər bir dəyişiklik inkişafa səbəb olmur. Əgər nəyisə etmək mümkündürsə, bu o demək deyil ki, onu mütləq şəkildə etmək lazımdır” – deyə UNESCO-nun hesabatında qeyd edilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…