Huawei şirkəti orta qiymət seqmenti üçün nəzərdə tutulmuş yeni noutbukunu təqdim edib. Söhbət, MateBook D 14 BE adlı noutbukdan gedir. Sözügedən yeni noutbuk balanslaşdırılmış texniki göstəricilərə sahibdir. O, evdə və ofisdə çalışmaq üçün nəzərdə tutulub. MateBook D 14 BE 60 Hz-lik təsvir yenilənməsinə sahib 1920×1080 piksel keyfiyyətli 14 düym IPS ekran ilə təchiz olunub. Ekran NTSC rəng diapazonunun 45%-ni əhatə edir.

    Bununla yanaşı noutbukun qapağını 180 dərəcə açmaq mümkündür. Əsas texniki göstəricilər baxımından MateBook D 14 BE modeli Intel Core i3-1215U prosessoru, 8 GB RAM256 GB SSD ilə təchiz olunub. Noutbukda qrafik özəlliklərdən Intel UHD adlı inteqrasiya edilmiş qrafika cavabdehdir. Noutbukun batareya həcmi isə 42 vatt saat təşkil edir və o, 65 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir.

    MateBook D 14 BE özündə 2 ədəd səsgücləndiricini, 720p keyfiyyətində olan veb kameranı və yandırıb/söndürmə düyməsinə inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasını birləşdirir. Noutbuk USB Type-C, HDMI 2.0, bir neçə USB Type-A girişlərinə və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişə sahibdir. MateBook D 14 BE artıq Çin bazarında 550$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…