Samsung şirkəti Cənubi Koreyada baş tutmuş Galaxy Unpaced tədbiri çərçivəsində yeni qatlana bilən smartfonlarını təqdim etdi. Söhbət, Galaxy Z Fold 5 ilə Z Flip 5-dən gedir. İlk növbədə Galaxy Z Fold 5-dən başlayaq. Samsung daha əvvəlki Galaxy Fold modellərində müşahidə edilmiş vacib problemi Galaxy Z Fold 5-də aradan qaldırıb. Digər özəlliklərə görə isə smartfon keçən ilki Galaxy Z Fold 4-dən o qədər də ciddi şəkildə fərqlənmir. Daha öncəki Galaxy Z Fold modellərində nəzərə çarpan əsas problemlərdən biri həmin smartfonların qatlanmış vəziyyətdə ekranları arasındakı boşluğun olmasında idi. Lakin Samsung Galaxy Z Fold 5-də yeni şarnir konstruksiyasından istifadə edib. Bunun sayəsində qatlanmış vəziyyətdə yeni smartfonun ekranları arasında heç bir boşluq qalmır.

    Bununla yanaşı yeni şarnir konstruksiyasının istifadəsi sayəsində Galaxy Z Fold 5 modeli Galaxy Z Fold seriyasının ən kompakt ölçülü və yüngül modeli olub. Smartfonun çəkisi 253 qramm təşkil edir. Bununla yanaşı smartfonun gövdəsi IPX8 standartı üzrə sudan qorunur. Beləliklə Galaxy Z Fold 5 120 Hz-lik təsvir yenilənməsinə sahib 2176×1812 piksel keyfiyyətli 7.6 düym daxili Dynamic AMOLED 2X ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2316×904 piksel keyfiyyətli 6.2 düym xarici Dynamic AMOLED 2X ekran ilə təchiz olunub. Daxili ekranda ön kamera ekranın alt hissəsinə inteqrasiya edilib.

    Xarici ekranda isə ön kamera ekranın yuxarı mərkəz hissəsindəki kiçik dairəvi çıxıntıda yerləşdirilib. Xarici ekran üstəlik Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə edilib. Hər iki ekran S Pen stilusunun dəstəyinə sahibdir. Şirkət həmçinin S Pen stilusunun yeni versiyasını da təqdim edib. O, S Pen Fold Edition adını əldə edib və daha əvvəlki S Pen modellərindən daha kompakt ölçülü və nazikdir. Barmaq izi skanı texnologiyası smartfonda yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Galaxy Z Fold 5 həmçinin özündə kontaktsız ödənişlər üçün NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri də birləşdirir.

    Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 8 Gen 2-nin daha sürətləndirilmiş versiyası olan Snapdragon 8 Gen 2 for Galaxy prosessoru, 12 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya, Dual Pixel avtofokusu, 85 dərəcə bucaq əhatəsi) + 12 MP (f/2.2 diafraqma) + 10 MP (f/2.4 diafraqma, 120 dərəcə bucaq əhatəsi, optik stabilizasiya, faza avtofokusu) üçlü arxa kamera, daxili ekranın alt hissəsində yerləşən 4 MP-lik ön kamera, xarici ekran üzərində yerləşən 10 MP-lik ikinci ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Galaxy Z Fold 5 OneUI 5.1.1 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfonun satışlarına 11 avqust tarixində start veriləcək. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq.

– 256 GB yaddaşa sahib model – 1799$

– 512 GB yaddaşa sahib model – 1919$

– 1 TB yaddaşa sahib model – 2159$.

    İndi isə keçək Galaxy Z Flip 5-ə. Galaxy Z Fold 5 ilə müqayisədə Galaxy Z Flip 5 daha ciddi dəyişikliklər əldə edib. Belə ki, şirkət Galaxy Z Flip 5-də yeni şarnir konstruksiyasından istifadə etməklə yanaşı onu həmçinin böyük ölçülü xarici ekran ilə də təchiz edib. Galaxy Z Fold 5-də olduğu kimi Galaxy Z Flip 5-də də yeni şarnir konstruksiyası sayəsində smartfon qatlanmış vəziyyətdə qatlanmış hissələr arasında boşluğa sahib deyil. Smartfonun xarici hissəsində böyük ölçülü ekranın yerləşdirilməsi öz növbəsində istifadəçi qarşısında yeni imkanlar açır.

    Məsələn istifadəçi xarici ekran vasitəsilə virtual klaviaturadan və ya xəritə tətbiqindən istifadə edə, musiqi playerini işə sala və hətta videolara da baxa bilər. Beləliklə Galaxy Z Flip 5 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640×1080 piksel keyfiyyətli 6.7 düym daxili Dynamic AMOLED 2X ekran və 60 Hz-lik təsvir yenilənməsinə sahib 720×748 piksel keyfiyyətli 3.4 düym Super AMOLED ekran ilə təchiz olunub. Daxili ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smatfonun gövdəsi IPX8 standartı üzrə sudan qorunur və onun arxa paneli Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub.

    Galaxy Z Flip 5 özündə kontaktsız ödənişlər üçün NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgüclədniriciləri birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə smartfon Snapdragon 8 Gen 2 for Galaxy prosessoru, 8 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 12 MP (f/1.8 diafraqma, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 123 dərəcə bucaq əhatəsi) ikili arxa kamera, 10 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Galaxy Z Flip 5 OneUI 5.1.1 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfonun satışlarına 11 avqust tarixində start veriləcək. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq.

– 256 GB yaddaşa sahib model – 999$

– 512 GB yaddaşa sahib model – 1199$.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…