Counterpoint adlı tədqiqat şirkətinin proqnozlarına əsasən qatlana bilən smartfonlar bazarı 2026-cı ilə qədər 101 milyon cihaza sahib olacaq. 2026-cı ilə qədər isə bu bazarın sahib olacağı cihazların ümumi sayı 78.6 milyon təşkil edəcək. Məlumatda qeyd edilib ki, Samsung qatlana bilən smartfonlar bazarında lider olaraq qalacaq. Ümumiyyətlə Çin bazarı qatlana bilən smartfonlar üçün sürətlə böyüyən bir bazara çevrildi.
Çinli alıcıların bu cür smartfonlara böyük maraq göstərmələri sayəsində qatlana bilən smartfonlar bazarı böyüməkdə davam edir. Çindən olan şirkətlərin bu bazarda aktiv çalışmaları və Samsung-un uğurları sayəsində Çin bazarı bu cür cihazlar üçün ən böyük bazara çevrilib. Gözləntilərə əsasən 2025-ci ildə Apple şirkəti də qatlana bilən smartfon istehsalçıları sırasına qatılacaq. Bu isə öz növbəsində qatlana bilən smartfonlar bazarının daha sürətlə böyüməsinə gətirib çıxara bilər.