Elon Musk Twitter-in ənənəvi loqosundan imtina edərək onu “X” simvolu ilə əvəzləməsinin səbəbini açıqlayıb. Musk-ın sözlərinə əsasən bu qərarın arxasında sosial şəbəkəni insanlar arasında ünsiyyət və maliyyə tranzaksiyalarının idarə edilməsi platformasına çevirmək ideyası dayanır.

    “Twitter öz növbəsində X Corp. şirkəti tərəfindən əldə edildi. Bu, hər şey üçün nəzərdə tutulmuş X adlı tətbiqin formalaşdırılması yolunda atılmış ilk addım idi. Bu, adını dəyişərək eyni fəaliyyəti göstərən bir şirkət deyil. Twitter adı platformanın 140 simvolluq tweet-lərin paylaşılması imkanını verdiyi zamanlarda məntiqli idi. Lakin indi bu platformada uzun xronometraja sahib videolar da daxil olmaqla demək olar hər bir şeyi paylaşmaq mümkündür. Yaxın aylar ərzində biz, platformaya hərtərəfli ünsiyyət imkanlarını və sizə öz maliyyə imkanlarınızı idarə etməyə yardımçı olacaq funksiyaları istifadəyə verəcəyik. Məhz bu səbəbdən Twitter adı öz mənasını itirir. Buna görə də biz artıq bu brend ilə sağollaşmalıyıq” – deyə Musk qeyd edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…