Apple çox güman ki, bu ilin sentyabr ayında iPhone 15 smartfonları ilə birlikdə həmçinin Apple Watch Ultra 2 smart saatını da təqdim edəcək. İndi isə insayderlər sözügedən yeni smart saat barəsində məlumatlar veriblər. Onların sözlərinə əsasən Apple Watch Ultra 2 xarici görünüşcə birinci Watch Ultra-dan fərqlənməyəcək. Bununla belə yeni smart saatın gövdəsi daha yüngül olacaq. Məsələn orijinal Apple Watch Ultra 49 mm-lik gövdə ölçüsünə sahibdir və onun çəkisi 61.3 qramm təşkil edir.

    Apple yeni smart saatın gövdəsini yüngülləşdirmək üçün onun bəzi detallarını 3D çap vasitəsilə hazırlayacaq. Bu barədə məlumat hələ bir neçə müddət bundan öncə ortaya çıxmışdı. İnsayderlər qeyd etmişdilər ki, şirkət sözügedən yeni smart saatın bəzi detallarını 3D çap vasitəsilə hazırlayacaq. Bu həmçinin smart saatın istehsalat xərcini də aşağı salmalıdır. Apple Watch Ultra 2 böyük ehtimal ilə orijinal Watch Ultra-nın ekranını, daha böyük həcmli batareyanı və yeni prosessoru əldə edəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…