Qatlana bilən Galaxy Z Fold 5Z Flip 5 smartfonları ilə yanaşı Samsung həmçinin Galaxy Tab S9 planşet seriyasını da təqdim edib. Sözügedən planşet seriyasına Galaxy Tab S9, Tab S9+Tab S9 Ultra modelləri daxil olublar. İlk öncə qeyd etmək lazımdır ki, planşetlər xarici görünüşcə demək olar eynidirlər. Onlar həmçinin eyni prosessor vasitəsilə çalışırlar. Lakin digər bütün göstəricilər baxımından bir-birilərindən fərqlənirlər. İlk öncə Galaxy Tab S9 ilə Tab S9+ modellərindən başlayaq. Adi Galaxy Tab S9 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560×1600 piksel keyfiyyətli 11 düym Dynamic AMOLED 2X ekran, Tab S9+ modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800×1752 piksel keyfiyyətli 12.4 düym Dynamic AMOLED 2X ekranla təchiz olunub.

    Hər iki planşetdə barmaq izi skanı texnologiyası birbaşa ekran inteqrasiya edilib. Bununla yanaşı onların gövdələri IP68 standartı üzrə sudan qorunurlar. Planşetlər özlərində üstəlik Dolby Atmos dəstəkli 4 ədəd stereo səsgücləndiricini birləşdirirlər. Adi Tab S9 modeli 8/12 GB RAM, 128/256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmi, 13 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 45 vatt gücündə sürətli şarj texnologiyalı 8400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Tab S9+ modeli isə 12 GB RAM, 256/512 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmi, 13 MP + 8 MP ikili arxa kamera, 12 MP + 12 MP ikili ön kamera və 45 vatt gücündə sürətli şarj texnologiyalı 10 090 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    İndi isə keçək Galaxy Tab S9 Ultra modelinə. Sözügedən model 120 Hz-lik təsvir yenilənməsinə sahib 2960×1848 piksel keyfiyyətli 14.6 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunub. Digər Galaxy Tab S9 modelləri kimi Tab S9 Ultra-nın da gövdəsi IP68 standartı üzrə sudan qorunur və barmaq izi skanı texnologiyası birbaşa planşetin ekranına inteqrasiya edilib. Galaxy Tab S9 Ultra özündə Dolby Atmos dəstəkli 4 ədəd stereo səsgücləndiricini birləşdirir.

    Planşet 12/16 GB RAM-a, 256/512 GB/1 TB daxili yaddaş həcminə, 13 MP + 8 MP ikili arxa kameraya, 12 MP + 12 MP ikili ön kameraya və 45 vatt gücündə sürətli şarj texnologiyalı 11 200 mAh enerji tutumlu batareyaya sahibdir. Hər üç planşet OneUI 5.1 interfeysli Android 13 vasitəsilə çalışır. Bununla yanaşı planşetlər S Pen Fold Edition stilusunun dəstəyinə sahibdirlər. Planşetlər 11 avqust tarixində satışa çıxacaqlar. Galaxy Tab S9-un qiyməti minimum 800$-dan, Galaxy Tab S9+ modelinin qiyməti 1000$-dan, Galaxy Tab S9 Ultra-nın qiyməti isə 1200$-dan başlayacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…