OPPO şirkəti giriş seqmentinə aid olan yeni smartfonunu təqdim edib. Söhbət, OPPO A58 4G-dən gedir. Bu, OPPO A58 5G-nin sadəcə 4G şəbəkəsində çalışan versiyasıdır. Smartfon özündə böyük ölçülü ekranı, MediaTek prosessorunu, yüksək sürətli şarj texnologiyasının dəstəyini və böyük həcmli batareyanı birləşdirir. Beləliklə OPPO A58 4G smartfonu özündə 90 Hz-lik təsvir yenilənməsinə sahib 2400×1080 piksel keyfiyyətli 6.72 düym AMOLED ekranı birləşdirir. Ekranın maksimal parlaqlığı 680 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib.
OPPO A58 4G-nin gövdəsi IPX4 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiricilər ilə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilər baxımından smartfon MediaTek Helio G85 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO A58 4G artıq Çin bazarında 165$-a satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.