iPhone 14 Kaliforniya ştatında bir kişinin həyatını xilas edib. Adı bilinməyən kişi gecə saatlarında avtomobil ilə hərəkət edən zaman 120 metr hündürlükdən uçuruma düşüb. Avtomobilin uçurumun səthi ilə toqquşması zamanı iPhone 14-də Crash Detection funksiyası işə düşüb və smartfon silkələnməni yol nəqliyyat qəzası kimi qeydə alıb. Bu halda smartfon adətən istifadəçinin hər şeyin qaydasında olduğunu təsdiqləməsi üçün 20 saniyə vaxt verir. 20 saniyə ərzində istifadəçidən heç bir reaksiya gəlmədiyi halda smartfon avtomatik şəkildə yardım xidməti ilə əlaqəyə keçir.

    Sözügedən hadisə halında isə adı bilinməyən kişinin qəzaya düşdüyü ərazidə mobil rabitə mövcud olmayıb. Nəticədə iPhone 14 Emergency SOS funksiyasından və peyk şəbəkəsi dəstəyindən istifadə edərək yardım xidməti ilə əlaqə yaradıb. Smartfon Apple şirkətinin dəstək mərkəzinə mətnli mesaj və özünün yerləşdiyi yerin koordinatlarını göndərib. Şirkətin mütəxəssisləri isə tez bir zamanda yardım xidməti ilə əlaqə yaradıblar. Axtarış və xilasetmə qrupu qəza yerinə gələn zaman kişinin yardım səsini eşidiblər. Onlar vertolyotdan istifadə edərək kişini uçurumdan çıxara biliblər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…