Xiaomi bu ilin payız fəslində Redmi Note 13 smartfon seriyasını təqdim edəcək. Digital Chat Station ləqəbli məşhur insayder isə bu seriyaya daxil olacaq Redmi Note 13 Pro və Note 13 Pro+ modelləri barəsində bəzi məlumatları təqdim edib. İnsayder bildirib ki, Redmi Note 13 modellərinin performans göstəriciləri Redmi Note 12 modellərinin performans göstəriciləri ilə eyni səviyyədə olacaq. Bu isə o deməkdir ki, çox güman ki, Redmi Note 13 Pro ilə Note 13 Pro+ modelləri MediaTek Dimensity 1080 prosessorunun adının dəyişdirilmiş versiyası olan MediaTek Dimensity 7050 prosessorunu əldə edəcəklər. Bununla yanaşı insayder bildirib ki, sözügedən smartfonlar 4 qat zoom-a sahib 200 MP-lik əsas arxa kamera ilə təchiz olunacaqlar.