Samsung keçən ay Galaxy F54 smartfonunu təqdim etmişdi. İndi isə şirkət Galaxy F seriyasının növbəti smartfonunu anons edib. Söhbət, Galaxy F34-dən gedir. Şirkət tərəfindən təqdim edilmiş anons fotosunda əks olunmuş məlumatlara əsasən Galaxy F34 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Super AMOLED ekran ilə təchiz olunacaq və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək. Bununla yanaşı fotodan da görmək olar ki, smartfonun ekranı üzərində damcı formalı çıxıntı hissə yerləşəcək. Bununla yanaşı Galaxy F34 üçlü arxa kamera ilə təchiz olunacaq. Keçən ay təqdim edilmiş Galaxy F54 smartfonu 6000 mAh enerji tutumlu batareyaya sahibdir. Çox güman ki, Galaxy F34 də eyni batareya həcminə sahib olacaq. Samsung Galaxy F34-ü yaxın həftələrdə təqdim etməlidir.