Keçən həftə analitiklər proqnozlaşdırmışdılar ki, iPhone 15 smartfonlarının satışları bir neçə həftəlik gecikəcək və yalnız oktyabr ayında başlayacaq. Verilmiş yeni məlumatda isə qeyd edilib ki, iPhone 15 Pro ilə iPhone 15 Pro Max modelləri məhdud sayda satışa çıxa bilərlər. Məlumatda qeyd edilib ki, Apple LG Display şirkətinin ekranları ilə bağlı ciddi problemlə qarşılaşıb. Məsələ burasındadır ki, iPhone 15 smartfonları nazik çərçivələr ilə təchiz olunacaqlar. Bu isə smartfonların ölçülərini dəyişmədən onları böyük ölçülü ekranlar ilə təchiz etməyə imkan verəcək.

    Lakin ekranlar gövdənin birləşdirilməsi prosesi zamanı LG Display-in ekranları dözümlülük testlərindən keçə bilməyiblər. Qeyd etmək lazımdır ki, əvvəlki illərdə Apple buna bənzər problemi Apple Watch smart saatında yaşamışdı. Apple hal hazırda bu problemi aradan qaldırmağa çalışır. Məlumatda qeyd edilib ki, şirkət smartfonların yığılması prosesində Samsung ekranlarından istifadə edə bilər. Bununla belə məlumata əsasən bu cür problem nəticəsində iPhone 15 modellərinin məhdud sayda satışa çıxmalarına səbəb ola bilər. Məhdud sayda satışa çıxma problemi əsasən iPhone 15 Pro ilə iPhone 15 Pro Max-ı əhatə edəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Samsung Galaxy A25 5G smartfonu Geekbench testlərindən keçib

    Samsung şirkətinin hal hazırda üzərində çalışdığı smartfonlar arasında Galaxy A seriyasına daxil…

Snapdragon 8 Gen 4 prosessoru nə ilə fərqlənəcək?

    Qualcomm şirkəti oktyabr ayında Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək. Buna…

Samsung 4 cihazının dəstəyini dayandırıb

    Samsung şirkəti 4 cihazının dəstəyinin dayandırıldığını elan edib. Söhbət, Galaxy A90 5G,…

Microsoft Bing axtarış sisteminə artıq 100 milyard dollar vəsait sərf edib

    Google şirkəti artıq uzun illərdir ki, axtarış sistemləri üzrə qlobal bazarda liderdir.…

Samsung Exynos 2400 ən təkmilləşdirilmiş mobil prosessorlardan biri ola bilər

    Heç sirr deyil ki, Samsung hal hazırda növbəti flaqman Exynos prosessoru üzərindıə…