TikTok öz platformasında növbəti yeniliyi anons edib. Belə ki, TikTok-a mətn formatlı paylaşımların edilməsi dəstəyi gəlib. TikTok-un ilk əvvəl qısa videolar üçün nəzərdə tutulmuş platforma olmasına baxmayaraq müəyyən müddətdən sonra onun daxilində fotoların paylaşılması imkanı da reallaşdırıldı. Bu üsul ilə servis Instagram-ın istifadəçi kütləsinin müəyyən hissəsini özünə tərəf çəkmək istədi. İndi isə görünür, servis öz diqqətini Threads ilə Twitter-in istifadəçi kütləsinə yönəldib.

    Yeni funksiya vasitəsilə istifadəçilər TikTok daxilində mətn formatlı paylaşımlar edə biləcəklər. Bundan sonra istifadəçi servis daxilində kameraya keçid edən zaman ona 3 paylaşım variantı təklif ediləcək. Video, foto və mətn. İstifadəçi mətn formatlı paylaşımı paylaşmazdan öncə ona müxtəlif səsləri əlavə edə, paylaşımda location məlumatını qeyd edə və paylaşıma rəyləri aktivləşdirib-avtivləşdirməyə bilər. TikTok-un verdiyi məlumata əsasən mətn formatlı paylaşımlar video və foto paylaşımlar kimi interaktiv və dinamik olacaqlar.

    İstifadəçi həmçinin bu cür paylaşımlarda stikerlər ilə hashtag-lardan istifadə edə bilər. Keçən il TikTok öz platforması daxilində fotoların paylaşılması funksiyasını işə salan zaman bir çoxları bu funksiyaya skeptik yanaşmışdılar. Lakin müəyyən müddətdən sonra sözügedən funksiya TikTok-un ayrılmaz hissəsinə çevrildi. Çox güman ki, eyni hal həmçinin mətn formatlı paylaşımların edilməsi funksiyası ilə də baş verəcək. Qeyd etmək lazımdır ki, bəzi TikTok istifadəçiləri servis daxilində artıq video və foto şəklində mətnli paylaşımlar edirlər. 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…