Sony Xperia smartfon seriyasının növbəti modeli Xperia 5 V olacaq. Sözügedən smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir. İndi isə Reddit platformasında Xperia 5 V-nin xarici görünüşünü sərgiləyən video ortaya çıxıb. Ortaya çıxmış videoya əsasən smartfon ikili arxa kamera ilə təchiz olunacaq. Smartfonun ön panelində yastı ekran yerləşəcək və ekranın aşağı və yuxarı hissəsində Xperia seriyası üçün ənənəvi olan geniş çərçivə yerləşəcək. Ekran üzərində heç bir çıxıntı hissə olmayacaq. Ön kamera isə böyük ehtimal ilə yuxarı çərçivədə yerləşdiriləcək. Xperia 5 V-nin nə zaman təqdim olunacağı barəsində məlumat olmasa da, bunun sentyabr və ya oktyabrda baş tutacağı gözlənilir.