Uzun illər ərzində alimlər böyük məməlilərin orqanizmlərində yeni dişlərin yetişdirilməsi ideyasını reallaşdırmağa çalışıblar. Nəticədə Yaponiyadan olan tədqiqatçılar buna müxtəlif laboratoriya heyvanlarında nail ola biliblər. İndi isə bu ideyanın insanlar üzərində testlərinə start verilir. Bir neçə il ərzində olmuş araşdırmaların uğurlu nəticələri dişlərin innovasiyalı müalicəsinin qəbul edilməsini mümkün edə bilərlər. Sözügedən ideyanın reallaşdırılması üçün nəzərdə tutulmuş texnologiyanın müəllifi olan Katsu Takahashi bildirib ki, o bu ideya üzərində hələ tələbəlik illərindən məşğul olmağa başlayıb.

    Uzun illər ərzində aparılmış təcrübələr onu və onun komandasını USAG-1 adlı genin kəşf edilməsinə gətirib çıxarıblar. Məlumatda qeyd edilib ki, sözügedən genə təsir etməklə yeni dişlərin böyüməsini stimullaşdırmaq olar. 2018-ci ildə aparılmış təcrübi müalicə çərçivəsində mütəxəssislər siçanlarda yeni dişlərin böyüməsinə nail olmuşdular. Mütəxəssislərin aparmış olduqları müşahidələr nəticəsində məlum oldu ki, USAG-1 adlı gen müəyyən zülallar ilə qarşılıqlı əlaqədə olur və bu da yeni dişlərin yetişməsi prosesini dayandırır. Bu mexanizmin bloklanması öz növbəsində yeni dişlərin böyüməsinə təkan verən BMP zülalının siqnallarını ötürməyə imkan verir.

    “Yeni dişlərin yetişdirilməsi ideyası hər bir stomatoloqun arzusudur. Bizim araşdırmalarımız bu ideyanın reallaşdırılması üçün nəzərdə tutulmuş tibbi üsulun istifadəsinə yol açmalıdırlar” – deyə Katsu Takahashi qeyd edib. Bu üsulun insanlar üzərində ilk klinik testlərində doğuşdan bir və ya bir neçə dişin olmaması kimi genetik xəstəlikdən əziyyət çəkən insanlar iştirak edəcəklər. Qeyd etmək lazımdır ki, hüceyrə əsaslı təcrübi texnologiyalardan fərqli olaraq bu yeni üsul doğuşdan müşahidə edilən tibbi problemlər üzərində çalışmağa imkan verir. İnsanlar üzərində testlərə 2024-cü ilin yay fəslində start verilməlidir. Əgər hər şey yolunda getsə, mütəxəssislər sözügedən yeni müalicə üsulunu 2030-cu ilə kimi hamı üçün mümkün vəziyyətə gətirməyi planlaşdırırlar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…