Telegram-da Stories paylaşımları funksiyası istifadəyə verilib. Digər sosial şəbəkə və messencerlərdən götürülmüş bu funksiya Telegram-ın həm Android həm də iOS versiyasında aktivdir. Bununla belə Telegram-dakı Stories funksiyasının öz bəzi özəllikləri var. Verilmiş məlumata əsasən hal hazırda Telegram-da Stories paylaşımlarını yalnız Telegram Premium istifadəçiləri edə bilərlər. Adi istifadəçilər isə Stories paylaşımlarına yalnız baxa bilərlər. Bununla belə sözügedən funksiya kanallar üçün reallaşdırılmayıb. İstifadəçi öz istəyinə uyğun olaraq kontaktındakı 5 nəfərdən olacaq Stories paylaşımları barəsində bildirişlərin əldə edilməsini reallaşdıra bilər.

    Stories paylaşımını yaratmaq üçün istifadəçi ümumi çatlar siyahısında olan zaman ekranın yuxarı sağ hissəsindəki dairə daxilində olan üstəgəl düyməsinə klikləməlidir. Daha sonra o, Stories-də paylaşılacaq fotonu yükləyə və onun üzərində müəyyən redaktə proseslərini reallaşdıra bilər. Bununla yanaşı istifadəçi öz Stories paylaşımında digər kontaktlarını işarələyə bilər. İstifadəçi eyni anda maksimum 100 ədəd Stories paylaşa bilər. Bundan əlavə olaraq istifadəçi Stories paylaşımlarını kimlər tərəfindən görə biləcəklərini də ayarlaya bilər. Bu məsələdə istifadəçi üçün bir neçə variant aktivdir. Hamı, yalnız kontaktlarkı şəxslər, yaxın dostlar və ayrıca seçilmiş şəxslər.

    İstifadəçi Stories paylaşımlarını görə biləcək şəxslərin siyahısını hətta paylaşımı edəndən sonra da ayarlaya biləcək. Əlavə olaraq Stories paylaşımlarını yükləyə və screenshot fotolarını çəkə biləcək şəxsləri də təyin etmək mümkündür. Digər messencerlərdə Stories paylaşımları adətən 24 saatdan sonra avtomatik olaraq silinirlər. Telegram-da isə istifadəçi Stories paylaşımının hansı müddətdən sonra silinəcəyini özü təyin edəcək. Bu məsələdə istifadəçiyə dörd variant təklif edilir. 6, 12, 24 və 48 saat. Digər istifadəçilər isə Stories paylaşımlarına baxdıqları zaman onlara müxtəlif reaksiyalar bildirə bilərlər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…