Nyu-York-un hüquq-mühafizə orqanları insanların sürücülük üslublarını analiz edən süni zəka sistemi vasitəsilə narkotik alverçisini yaxalayıblar. Məlumatda qeyd edilib ki, David Zayas adlı şəxs Nyu-York ştatının şimalında yerləşən Skarsdeyl adlı kiçik şəhərdə avtomobili idarə edən zaman polislər tərəfindən saxlanılıb. Avtomobilin yoxlanılması zamanı onun daxilində narkotik vasitələr, odlu silah və 34 000$ nağd pul aşkar edilib. Daha sonra David Zayas narkotik alverçiliyi üzrə günahını boynuna alıb.

    Verilmiş məlumata əsasən cinayətkarın yaxalanması üçün hüquq-mühafizə orqanları regionda yol hərəkəti vəziyyətini analiz etmiş Rekor adlı şirkətin xidmətlərindən istifadə ediblər. Aparılmış monitorinq çərçivəsində şirkətin süni zəka əsaslı alqoritmi David Zayas-ı şübhəli şəxs kimi təyin edib. Rekor şirkəti özünü yol hərəkətinin intellektual idarəsi platforması adlandırır. O, ABŞ-ın polis departamentləri və digər dövlət müəssisələri ilə əməkdaşlıq edir. Nyu-York ştatında həftəlik 16 milyon avtomobili skan edən 480 ədəd kamera quraşdırılıb.

    Skan sistemi öz növbəsində avtomobilin nömrəsini, markasını və modelini təyin edə bilir. Ştat ərazisi üzrə avtomobillərin hərəkət trayektoriyalarını analiz edərək polislər xüsusi proqram təminatı vasitəsilə müəyyən marşrutların şübhəli olub-olmadıqlarını təyin edirlər. David Zayas-ın halında Rekor şirkəti cinayətkarın günlərlə hərəkət etmiş olduğu marşrutun qiymətləndirilməsində polislərə yardımçı olub. Şirkətin süni zəka əsaslı sistemi Zayas-ın günlərlə hərəkət etmiş olduğu marşrutları narkotik alverçilərinin mütəmadi şəkildə istifadə etdikləri marşrutlar kimi tanınan qiymətləndirib. Nəticədə sistem onu narkotika alverçisi kimi təyin edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…