Smartfon istehsalçılarının əksəriyyəti öz cihazlarındakı ekranları çərçivəsiz adlandırsalar da, reallıqda onlar çərçivələrə sahibdirlər. Müsbət hal ondan ibarətdir ki, müasir smartfonların ekran ətrafı çərçivələri maksimal dərəcədə nazik olurlar. Lakin Apple şirkəti heç bir çərçivəyə sahib olmayan iPhone hazırlamaq niyyətindədir. Ice Universe ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Apple şirkəti heç bir çərçivə elementinə sahib olmayan OLED ekranların istehsalı sorğusunu Samsung Display ilə LG Display-ə göndərib.

    Gözləntilərə əsasən Apple iPhone-larda yastı formalı bu cür ekranı istifadə etməyi hədəfləyib. Bununla belə bu cür ekrana sahib iPhone-nun gövdəsi hal hazırda aktual olan iPhone modellərinin gövdələri formasında olacaq. Çərçivəsiz iPhone-nun və ya digər bir smartfonun hazırlanmasının əsas qəlizliyi ondan ibarətdir ki, hal hazırda smartfonlardakı çərçivələr altında yerləşdirilən mikrosxemlərin hamısını ekranın alt hissəsinə yerləşdirmək lazımdır. Bununla yanaşı ön kameranı da ekranın alt hissəsinə yerləşdirmək lazım gələcək. Bu cür iPhone-nun nə zaman təqdim ediləcəyi isə bilinmir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…