Huawei şirkəti MatePad 11.5 (2023) adlı yeni planşetini təqdim edib. Sözügedən yeni planşet özündə performanslı prosessoru, böyük həcmli batareyanı, keyfiyyətli ekranı və stereo səsgücləndiriciləri birləşdirir. Beləliklə Huawei MatePad 11.5 (2023) planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2200×1440 piksel keyfiyyətli 11.5 düym IPS ekranla təchiz olunub. Planşet Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 6/8 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini və 20 vatt gücündə sürətli şarj texnologiyalı 7700 mAh enerji tutumlu batareyanı birləşdirir.

    Kameralara gəldikdə isə MatePad 11.5 (2023) 13 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Planşetin gövdəsində 4 ədəd stereo səsgücləndirici mövcuddur. MatePad 11.5 (2023) HarmonyOS 3.1 əməliyyat sistemi vasitəsilə çalışır. Planşet artıq Çin bazarında satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir. Planşetin Çin bazarındakı satış qiymətləri aşağıdakı kimidir.

– 6 GB RAM + 128 GB yaddaş – 236$

– 8 GB RAM + 256 GB yaddaş – 264$.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…