İnsayderlərin verdikləri məlumata əsasən Honor şirkəti Avropa bazarında giriş seqmentinə aid olacaq Honor X5 Plus adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır. İnsayderlər sözügedən yeni smartfonun render fotolarını və texniki göstəricilərini təqdim ediblər. Beləliklə onların sözlərinə əsasən Honor X5 Plus smartfonu 1612×720 piksel keyfiyyətli 6.56 düym IPS ekranla təchiz olunacaq. Smartfon MediaTek Helio G36 prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM-ı, 64 GB daxili yaddaş həcmini və 5200 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə Honor X5 Plus 50 MP + 2 MP ikili arxa kameraya sahib olacaq. Smartfonun nə zaman təqdim olunacağı bilinmir. Lakin gözləntilərə əsasən onun satış qiyməti 150 avrodan yüksək olmayacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…