Huawei şirkəti qlobal bazarda Watch Fit Special Edition adlı smart qolbağını təqdim edib. Smart qolbağın əsas üstünlükləri arasında böyük ölçülü ekran, uzun müddət ərzində çalışma imkanı və istifadəçi səhhətinin müxtəlif göstəricilərinin monitorinqi özəlliyi var. Beləliklə Huawei Watch Fit Special Edition smart qolbağı 456×280 piksel keyfiyyətli 1.64 düym AMOLED ekran ilə təchiz olunub. Smart qolbağın ekranı 10 000-dən çox virtual siferblatı və Always-on-Display funksiyasını dəstəkləyir.

    Smart qolbaqda TrueSleep 3.0TruSeen 5.0 adlı texnologiyaların dəstəkləri reallaşdırılıb. Birinci texnologiya yuxu zamanı smart qolbağın istifadəçi səhhətini monitorinq etməsinə, ikinci texnologiya isə ürək döyüntülərinin monitorinq etməsinə imkan verir. Bununla yanaşı smart qolbaq qandakı oksigen miqdarını ölçə bilir və 100-dən çox idman rejimini dəstəkləyir. İstifadə intensivliyindən asılı olaraq Huawei Watch Fit Special Edition 9 gün ərzində çalışa bilir. Şirkət bildirib ki, smart qolbağın 5 dəqiqlə ərzində şarj olunması onun 24 saat ərzində intensiv çalışmasını təmin edir. Smart qolbaq artıq 99 avro qiymətində satışa çıxıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…