Motorola brendi bu ilin əvvəlində Moto G13 adlı büdcəli smartfonunu təqdim etmişdi. Görünür, şirkət onun davamçısını təqdim etməyə hazırlaşır. Moto G13-ün davamçısı Moto G14 adını əldə edəcək. Sızdırılmış məlumatlara əsasən Moto G14 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.5 düym ekran ilə təchiz olunacaq və 8 nüvəli prosessor vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 128 GB daxili yaddaş həcmini, 20 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirəcək. Moto G14-ün gələn ayın əvvəlində təqdim olunacağı gözlənilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…

Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər…